Layihə haqqında

BAKI AĞ ŞƏHƏR şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı» çərçivəsində həyata keçirilir. Beynəlxalq mükafatların qalibi olmuş BAKI AĞ ŞƏHƏR haqlı olaraq şəhərsalma sahəsində dünyanın ən görkəmli layihələrindən biri hesab olunur. Bu şəhər kompleksi nəinki müasir və rahat binaları ilə, həmçinin öz səmərəliliyi ilə gözəl təsir bağışlayır.

Layihə həm mühəndis-tikinti, həm də estetik nöqteyi-nəzərdən heyranlıq doğurur. Burada yaşamaq və işləmək arzusu doğuran cəlbedici mühit və infrastrukturun yaradılması üçün yaşayış və qeyri-yaşayış komplekslərinin, sosial obyektlərin, park və yaşıl zonaların yerləşməsi mükəmməl planlaşdırılmışdır.

image description Yerləşmə yeri

Bakı Ağ Şəhər Bakının incisi olan Qız Qalasından cəmi 4 km məsafədə yerləşir, “ Park Avenue Residence” yaşayış komleksinin əlverişli yerləşməsi Babək prospektinə rahat keçidi təmin edərək həm də Heyder Əliyev adına Beynəlxalq Hava Limanına getməyi asanlaşdırır.

image description Təhsil və uşaqlar

“Park Avenue Residence” yaşayış kompleksinin yerləşməsini əlverişli edən amillərdən biri də yaxınlıqda yerləşən “Bakı Fransız Liseyi”, 55 saylı və 57 saylı orta məktəblər, həmçinin yeni məktəblərin və uşaq bağçalarının tikintisi planlaşdırılmışdır.

image description Ticarət və Əyləncə mərkəzləri

Bakı Ağ Şəhərin ərazisində “Open Mall” ticarət mərkəzi və əyləncə mərkəzi və regionun ən iri ticarət mərkəzi – Baku City Mall yerləşəcəkdir. Qonşuluqda layihələndirilmiş müasir biznes, əyləncə və ticarət mərkəzləri Park Avenue Residence yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.

image description Nəqliyyat infrastrukturu

Bakı Ağ Şəhərin Fəvvarələr Meydanında yerləşəcək yeni metro stansiyası mövcud Azadlıq - Xətai xəttinin davamı olacaqdır. Həmçinin şəhərin mərkəzindən “Bakı Ağ Şəhər”ə 46; 32; 21; 30 saylı marşrut avtobuslarla çatmaq olar.

image description Park və yaşıllıq

“Park Avenue Residence” yaşayış kompleksi yaxınlığında yaşıllıq və parklar layihələndirilmişdir. Bakı Ağ Şəhər-in Fəvvarələr Meydanı ölçülərinə görə mövcud Fəvvarələr Meydanından (2 hektar) böyük olacaqdır. Ölçülərinə görə Bulvardakı çarxdan iki dəfə böyük və Parisdəki məşhur Seyretmə Çarxından (“Grande Roue de Paris”) iri olan 65 metrlik Seyretmə Çarxı Dəniz Sahilinin yaraşığı olacaqdır.